• cümə axşamı, 25 aprel, 12:55
  • Baku Bakı 23°C

Azərbaycan və Rusiyanın vertolyot şirkətləri birgə servis mərkəzinin yaradılmasına dair saziş imzalayıb

27.09.16 14:13 954
Azərbaycan və Rusiyanın vertolyot şirkətləri birgə servis mərkəzinin yaradılmasına dair saziş imzalayıb
"ADEX 2016” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində "Silk Way Helicopter Services" (SWHS MMC) kommersiya helikopter şirkəti və Rusiyanın vertolyot holdinqi "Vertolyoti Rossii" niyyət sazişi imzalayıb.

"Silk Way Helicopter Services" şirkətinin mətbuat xidmətindən "APA-Economics”ə verilən məlumata görə, sənədi "Silk Way Helicopter Services" şirkətinin baş direktoru Azər Sultanov və "Vertolyoti Rossii" SC-nin baş direktorunun müavini İqor Çeçikov imzalayıb.

Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o cümlədənFövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının balansında olan vertolyotlara texniki xidmət və əsaslı təmiri üzrə servis mərkəzi yaradılacaq.

"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin vertolyotları hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşənhavagəmiləri parkına "Sikorsky S-92A”, "Leonardo Helicopters AW139”, "Airbus Helicopters AS-332L1”, "Airbus Helicopters EC-155B1”, "Ми-8МТВ-1”, "Ми-8АМТ” həmçinin "Cessna 172S” tipli təyyarələr daxildir.

"Vertolyoti Rossii" - Rusiyada vertolyotların yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi vertolyotların layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. "Rusiya vertolyotları" holdinqi Rostex Dövlət Korporasiyasının strukturuna daxildir.
banner

Oxşar Xəbərlər