• cümə axşamı, 25 aprel, 15:37
  • Baku Bakı 23°C

Azərbaycan və Rusiya yeni layihələr həyata keçirəcək

08.08.16 15:08 887
Azərbaycan və Rusiya yeni layihələr həyata keçirəcək
Azərbaycan və Rusiya İşgüzar Şurası bu lilin sonuna qədər bir neçə müştərək layihənin həyata keçirilməsi ilə bağlı razılığa gəlib.

"APA-Economics”in məlumatına görə, bunu Bakıda Rusiya-Azərbaycan İşgüzar Şurasının Rusiya tərəfindən olan nümayəndəsi Pyotr Fradkov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu layihələr əsasən neft-qaz sektoru, kənd təsərrüfatı, maşınqayırma sahələrini əhatə edəcək: "Bu gün hər iki ölkədə kənd təsərrüfatı sahəsinə olduqca böyük maraq var. Dəmiryolu və kənd təsərrüfatı maşınqayırmasına da böyük maraq mövcuddur”.
banner

Oxşar Xəbərlər