• cümə, 29 Mart, 06:08
  • Baku Bakı 5°C

Azərbaycan və Rusiya gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

14.11.19 11:33 627
Azərbaycan və Rusiya gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb
Noyabrın 14-də Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
APA-nın məlumatına görə, sənədi Azərbaycan tərəfindən Gənclər və İdman naziri Azad Rəhimov, Rusiya tərəfindən isə Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya imzalayıb.
M.Borovskaya sazişin bağlanmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib: "Ümid edirəm ki, ikitərəfli əməkdaşlıq sahəsində görülən işlər gənclərimizin inkişafında mühüm rol oynayacaq".
A.Rəhimov isə Azərbaycan və Rusiyanın strateji portnyor olduqlarını qeyd edib: "Bizim üçün ikitərəfli əlaqələrin qurulması önəmlidir. Bu müqavilə münasibətlərin inkişafında vacib mərhələ təşkil edir. Biz inanırıq ki, bu müqavilə ölkələrimizin gənclərinin daha yaxından inteqrasiya etməsinə öz töfhəsini verəcək".
banner

Oxşar Xəbərlər