• cümə axşamı, 28 mart, 21:19
  • Baku Bakı 13°C

Azərbaycan və Rusiya birgə layihələrin reallaşdırılmasında maraqlıdır

04.04.19 14:21 440
Azərbaycan və Rusiya birgə layihələrin reallaşdırılmasında maraqlıdır
Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafına böyük diqqət ayrılması, bir sıra uğurlu layihələr həyata keçirilməsi sevindirici haldır.
Trend-in məlumatına görə, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Bakıda keçirilən "Rusiya sənaye müəssisələrinin Azərbaycandakı biznes missiyası" tədbirində deyib.
Onun sözlərinə görə, birgə biznes layihələrin reallaşdırılması hər iki ölkənin işgüzar dairələri arasında münasibətlərin dərinləşməsinə xidmət edir:
Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyətindən danışan S.Qurbanov qeyd edib ki, qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri forumlar, konfranslar və seminarlar vasitəsilə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsinə kömək göstərməkdir:
"İşgüzar missiyanın həm Azərbaycan, həm də Rusiya tərəfindən bu qədər iştirakçı toplaması birgə layihələrin reallaşdırılmasına və səmərəli əməkdaşlığa olan marağı nümayiş etdirir”.
O vurğulayıb ki, maşınqayırma və rəqəmsal texnologiya kimi sahələr Azərbaycan üçün aktualdır və bu istiqamətdə rusiyalı tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün böyük potensial var.
banner

Oxşar Xəbərlər