• çərşənbə, 24 Aprel, 18:08
  • Baku Bakı 23°C

Azərbaycan və Rusiya arasında hərbi sahədə yeni müqavilə

13.10.14 18:45 1233
Azərbaycan və Rusiya arasında hərbi sahədə yeni müqavilə
Bu gün Azərbaycan və Rusiya Federasiyasının Müdafiə nazirlikləri arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb. Trend-in məlumatına görə, sənəd Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyində imzalanıb. Sənədi Azərbaycan və Rusiyanın müdafiə nazirləri Zakir Həsənov və S.Şoyqu imzlayıblar.
Z.Həsənov imzalanma mərasimində deyib ki, sənəddə hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi və müdafiə sahəsində ixtisaslı kadrların hazırlanması nəzərdə tutulub. Plana əsasən, Azərbaycan hərbçiləri 2015-ci ildə ixtisaslarını artırmaq üçün Rusiyanın hərbi məktəblərində təhsil almağa göndəriləcək.
Z.Həsənov qeyd edib ki, planda regional təhlükəsizliyə, xüsusilə Xəzər dənizində təhlükəsizliyə xüsusi diqqət ayrılıb: "Plana əsasən, gələ il iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında birgə hərbi - komanda-qərargah və strateji təlimlər keçiriləcək".
Onun sözlərinə görə, ordunun silahla təchizatı üzrə dövlət proqramına uyğun olaraq bu planda Azərbaycanın Rusiya istehsallı müasir hərbi silahlar alması nəzərdə tutulur.
S.Şoyqu dəvətə görə azərbaycanlı həmkarına təşəkkür edib və bildirib ki, hazırda iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi iş sahəsində çox güclü əməkdaşlıq qurulub: "Həştərxan və Minskdə yüksək səviyyədə keçirilmiş görüşlər bunu təsdiq edir".
Rusiyalı nazir ümid etdiyini bildirib ki, gələcəkdə də əməkdaşlıq səmərəli olacaq və imzalanmış plan bu əməkdaşlığın əsasını təşkil edəcək.
banner

Oxşar Xəbərlər