• cümə, 19 Aprel, 05:31
  • Baku Bakı 18°C

Azərbaycan və Polşa iqtisadi əməkdaşlığı müzakirə olunub

05.11.14 13:44 1393
Azərbaycan və Polşa iqtisadi əməkdaşlığı müzakirə olunub
İqtisadiyyat və sənaye naziri (İSN) Şahin Mustafayev Azərbaycanda səfərdə olan Polşa Respublikasının kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, nazir Ş.Mustafayev qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, iki ölkə arasında müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir, iş adamlarının iştirakı ilə birgə biznes forum və işgüzar görüşlər keçirilir, ticarət dövriyyəsinin dinamik artımı müşahidə edilir. Ölkə iqtisadiyyatı barədə məlumat verən Azərbaycanın iqtisadiyyat və sənaye naziri kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahələrindən olduğunu, bu sahəsinin inkişafı istiqamətində sistemli dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndiyini bildirib. Qeyd edib ki, hazırda bir sıra rəqabətqabiliyyətli Azərbaycan məhsulları xarici bazarlara ixrac olunur.
Polşanın kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu vurğulayan Ş.Mustafayev heyvandarlıq və bitkiçilik sahələrində əməkdaşlıq, Azərbaycan məhsullarının Polşa bazarına ixracı, iri təsərrüfatların və aqroparkların yaradılmasında Polşa təcrübəsinin əhəmiyyətini diqqətə çatdırıb. Aqrar sahədə geniş biznes imkanlarının olduğunu söyləyən nazir Ş.Mustafayev iş adamları arasında görüşlərin keçirilməsinin işgüzar əlaqələrin genişləndirilməsində faydalı olacağını deyib.
Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitski səmimi qəbula görə təşəkkür edib, ölkəsinin kənd təsərrüfatı və bu sahənin inkişaf perspektivləri barədə məlumat verib, Azərbaycan və Polşa arasında aqrar sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb. M.Savitski bildirib ki, Azərbaycan və Polşa arasında kənd təsərrüfatının emal, damazlıq sahələrində, eləcə də ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar vardır.
Görüşdə mövcud iqtisadi əlaqələrə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər