AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan və Pakistan XİN başçıları görüşüb

Azərbaycan və Pakistan XİN başçıları görüşüb

Cəmiyyət
13 Yanvar 2021, 17:30 120
Pakistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

Kaspi.az xəbər verir ki, bu barədə Pakistanın XİN başçısı "Twitter”də bildirib.

O qeyd edib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.

"İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”, - deyə Pakistanın xarici işlər naziri vurğulayıb.