• cümə, 29 Mart, 10:43
  • Baku Bakı 5°C

Azərbaycan və Niderland birgə kənd təsərrüfatı layihələrində iştirak edə bilər

07.01.18 17:42 756
Azərbaycan və Niderland birgə kənd təsərrüfatı layihələrində iştirak edə bilər
Azərbaycan və Niderland kənd təsərrüfatı və bir çox digər sahələrdə əməkdaşlığın üstünlüklərini nümayiş etdirmək məqsədi ilə birgə ticarət evləri aça bilər. Bundan əlavə, hər iki ölkənin müvafiq şirkətləri birgə kənd təsərrüfatı layihələrində iştirakın mümkünlüyü barədə məlumatlandırıla bilər. Bu barədə Trend-ə Niderlandın Azərbaycandaki səfiri Onno Kervers deyib.
"Biz bu barədə düşünürük və bu istiqamətdə işlərin həyata keçirilməsini çox arzulayırıq”,-deyə diplomat bildirib.
O müxtəlif ölkələrin kənd təsərrüfatı məhsulları və texnikasının təmsil olunduğu Azərbaycanda aqrosənaye kompleksinin fəaliyyətinin vacibliyini vurğulayıb.
"Biz hər iki ölkənin sahibkarları ilə Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarının Niderlandda təqdim olunmasının mümkünlüyünün araşdırılması məqsədi ilə danışıqları davam etdiririk. Bu insanlara bizim əməkdaşlığımızın nəticələrini görmək üçün əla fürsət verə bilər", - Kervers deyib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan və Niderland arasında mal dövriyyəsinin həcmi 165,44 milyon dollar təşkil edib, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 57,1 faiz çoxdur.
banner

Oxşar Xəbərlər