• cümə axşamı, 25 aprel, 09:10
  • Baku Bakı 14°C

Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır

07.01.19 20:44 471
Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır
Azərbaycan və digər MDB ölkələri 694-790 meqaherts tezliklərin mobil rabitənin ehtiyacları üçün boşaldılması üzrə danışıqlara başlayıb.
Bunu Trend-ə müsahibəsində Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (ITU) Radiorabitə Bürosunun direktoru Fransua Ransi deyib.
O bildirib ki, Azərbaycan həmin spektrdə tezliklərdən istifadə etməsi üçün qonşularla razılıq əldə etməlidir:
"Bu istiqamətdə danışıqlar başlayıb. Biz bir neçə görüş keçirmişik. MDB ölkələri bir müddət əvvəl 694-790 meqaherts tezliklərin mobil rabitə üçün istifadəsi ilə bağlı danışıqları başlamaq razılığına gəlib”.
ITU-nun teleyayımın tətbiqi ilə bağlı münaqişəli məsələləri həll etmək üçün hüquqi mexanizmlərinin olub-olmaması barədə sual cavab verən F.Ransi bildirib ki, ITU yalnız maraqlı tərəflər arasında görüşləri əlaqələndirə bilər:
"ITU qərar təklif edə bilər, fəaliyyətə məcbur edə bilməz”.
Qeyd edək ki, Azərbaycanda hazırda mobil rabitə üçün daha yüksək tezlik spektri istifadə olunur. 2G/GSM rabitəsi 900 və 1800 meqaherts, 3G 2100 meqaherts, 4G/LTE 1800 meqaherts tezlikdə istifadə olunur.
banner

Oxşar Xəbərlər