• cümə, 19 Aprel, 13:02
  • Baku Bakı 25°C

Azərbaycan və İtaliyanın xarici işlər nazirləri görüşüblər

17.12.13 16:29 1169
Azərbaycan və İtaliyanın xarici işlər nazirləri görüşüblər
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olan İtaliyanın xarici işlər naziri Emma Boninonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, E.Bonino Azərbaycana səfərindən məmnun olduğunu bildirib və "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı Azərbaycan tərəfini təbrik edib.
Görüşdə Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan-Aİ münasibətləri, o cümlədən ölkəmizin Avro-atlantik strukturlara inteqrasiyası müzakirə olunub.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və regionda təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
banner

Oxşar Xəbərlər