• cümə, 29 Mart, 13:25
  • Baku Bakı 14°C

Azərbaycan və İsrail müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

31.07.17 14:30 1422
Azərbaycan və İsrail müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər
Bu gün Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan İsrail Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
MSN-dənAPA-ya verilən xəbərə görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumatlar çatdırılıb.
Görüşdə Azərbaycan və İsrail arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
İsrailin Azərbaycandakı səfiri Dan Stav da görüşdə iştirak edib.
banner

Oxşar Xəbərlər