• cümə axşamı, 25 aprel, 14:58
  • Baku Bakı 23°C

Azərbaycan və İran KİV-lərinin əməkdaşlığına dair saziş imzalanıb

09.11.16 22:31 958
Azərbaycan və İran KİV-lərinin əməkdaşlığına dair saziş imzalanıb
Azərbaycan və İran KİV-lərinin əməkdaşlığına dair sənəd imzalanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, sazişi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuat işləri üzrə idarəsinin rəis müavini Hüseyn İntizmi imzalayıb.

Sazişdə iki ölkənin KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında razılıq əldə olunub. Sazişə görə, KİV-lər istehsal etdikləri məhsulların birbaşa mübadiləsini həyata keçirəcəklər. Razılaşdırılıb ki, məhsulların mübadiləsi pulsuz həyata keçirilsin. Hər iki ölkənin mətbuat orqanları qarşı tərəfdən alınan xəbər və ya digər məhsulu mənbə göstərməklə öz KİV-ində dərc edəcək.
banner

Oxşar Xəbərlər