AZE | RUS | ENG |

Azərbaycan və İran birgə avtobus istehsal edəcək

Azərbaycan və İran birgə avtobus istehsal edəcək
Sabah Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində "Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanacaq.
"Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin MustafayevBakıda keçirilən Azərbaycan-İran biznes-forumunda məlumat verib.
Nazir iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu da deyib: "2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74% artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, tranzit daşımaları sahəsində əlaqələrimiz genişdir və əməkdaşlığımız regional əhəmiyyətə malikdir. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi əlaqələrimizdə mühüm əhəmiyyət kəsb edir. Keçən il bu dəhlizlə yük daşımaları 10 dəfədən çox artıb. Gələn ilin sonuna qədər Bakıdan İranla sərhədə qədər olduğu kimi, Rusiya ilə sərhədə qədər də yeni avtomobil yolu istifadəyə veriləcək. İran sahibkarları yüksək səviyyəli infrastrukturdan istifadə edib yüklərini daşıya biləcəklər".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775