• cümə axşamı, 25 aprel, 17:15
  • Baku Bakı 23°C

Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib

05.12.17 11:25 1436
Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib
Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovvə Gürcüstanın xarici işlər naziri Mixayıl Canelidze arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
XİN-in mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, E. Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində Azərbaycan və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrində nəzərəçarpacaq inkişafın müşahidə olunduğunu bildirib. O, əldə olunan nailiyyətlərin iki ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə töhfə verdiyini, rifah və çiçəklənməyə xidmət etdiyini deyib və münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
E. Məmmədyarov GürcüstanınDağlıq Qarabağmünaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair davamlı və prinsipial mövqeyini yüksək qiymətləndirib.
Nazir Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli münasibətlərin davamlılığının birgə regional layihələrin həyata keçirilməsində mühüm rol oynaması ilə yanaşı, regionda əməkdaşlıq və inkişafın təməlini qoyduğunu vurğulayıb. O,Bakı-Tbilisi-Ceyhanboru kəməri vəBakı-Tbilisi-Qarsdəmir yolu xəttinin istismarının birgə strateji siyasətin effektivliyinin bariz nümunəsi olduğunu söyləyib.
Gürcüstanın xarici işlər naziri Mixayıl Canelidze isə E. Məmmədyarova ünvanladığı məktubunda Gürcüstan və Azərbaycanın qarşılıqlı anlaşma və uzaqgörən baxışa əsaslanan yüksək səviyyəli qonşuluq əlaqələri və güclü tərəfdaşlıq qurduğunu məmnunluqla vurğulayıb. O, iki xalq arasında mövcud əlaqələrin və iki ölkənin yaxın münasibətlərinin ortaq maraqlar və möhkəm tarixi təməl üzərində qurulmuş ənənəvi dostluqla tam uzlaşdığını diqqətə çatdırıb.
M.Canelidze məktubunda strateji tərəfdaşlığın daha da dərinləşəcəyinə və gələcəkdə daha çox nəticələr əldə olunacağına ümidvarlığın bildirib.
banner

Oxşar Xəbərlər