• çərşənbə, 24 Aprel, 15:25
  • Baku Bakı 27°C

Azərbaycan və Gürcüstan limanları arasında əməkdaşlıq memorandumu imzalanacaq

28.11.17 13:40 1997
Azərbaycan və Gürcüstan limanları arasında əməkdaşlıq memorandumu imzalanacaq
Gürcüstanın Anaklia dərin dəniz limanı və Azərbaycanın Bakı Beynəxlalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq memorandumu imzalanacaq.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, imzalanma mərasimi Tbilisidə keçirilən "İpək yolu” forumu çərçivəsində baş tutacaq.
Azərbaycan limanı ilə yanaşı Gürcüstanın Anaklia limanı Qazaxıstanın Kurık limanı ilə da anoloji sənəd imzalayacaq.
Limanlar arasında sazişlər Trans-Xəzər dəhlizinin inkişafı və Anaklia limanın inşası başa çatandan sonra yüklərin daşınması üçün rəqabətli şərtlərin yaradılmasına yönəlib.
Qeyd edək ki, Anaklia dərin dəniz limanının inşasına cari ilin dekabrın 20-də start veriləcək. Limanın 2021-ci ildə fəaliyyətə başlayacağı nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər