• cümə axşamı, 25 aprel, 02:04
  • Baku Bakı 19°C

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 430 mln. dolları ötüb

19.06.18 13:07 732
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 430 mln. dolları ötüb

Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 430 mln. 516,8 min dollar olub.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,8% təşkil edib.

Cari ilin ilk beş ayı ərzində Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra 3-cü ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 162 mln. 743.6 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 267 mln. 773,1 min dollar dəyərində məhsul ixrac olunub.

Yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 4 mlrd. 895,6 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 24,5% çoxdur.

Qonşu ölkənin ixracı 28% artaraq 1 mlrd. 284,7 mln. dollar, idxalı isə 23,4% artaraq 3 mlrd. 610,9 mln. dollar təşkil edib.
banner

Oxşar Xəbərlər