• cümə axşamı, 18 aprel, 21:23
  • Baku Bakı 21°C

“Azərbaycan və gürcü xalqları şanlı tarix yazıblar”

19.01.19 11:45 419
“Azərbaycan və gürcü xalqları şanlı tarix yazıblar”
Gürcü və Azərbaycan xalqları mübarizliyi və müstəqillik amalı ilə seçilən xalqlardır. Hər iki xalq 1989-1990-cı illərdə yeni şanlı tarix yazmaqla bunu bir daha sübut etdilər.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı, GUAM PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri Gerogi Mosidze söyləyib.
G.Mosidze deyib: "Gürcü xalqı 1989-cu ilin 9 Aprelində, Azərbaycan xalqı isə 1990-cı ilin 20 Yanvarında oxşar, çox acı, eyni zamanda, şanlı tale yaşadılar. Amma əslində hər iki xalq birlik, bütövlük və yeni milli şüurun yaranması sahəsində şanlı tarix yazdılar. İkinci dəfə müstəqil dövlət quraraq dünya birliyində layiqli yer tutdular. Bu tarix heç zaman unudulmayacaq”.
Deputat bildirib ki, bu gün hər iki dövlət – Azərbaycan və Gürcüstan müstəqil olaraq inkişaf edirlər. Azərbaycan bir sıra beynəlxalq idman yarışlarına, qlobal enerji, humanitar forumlara ev sahibliyi edir. Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə regional və qlobal əhəmiyyətli enerji, nəqliyyat, loqistik layihələr həyata keçirilir. Bu da bizim müstəqil dövlət quruculuğu, suverenlik uğrunda mübarizəmizin heç də əbəs olmadığını bir daha dünyaya sübut edir.
"Mən bu yolda həm öz xalqıma, həm də dost və qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm”, - deyə Mosidze vurğulayıb.
banner

Oxşar Xəbərlər