• cümə, 29 Mart, 00:28
  • Baku Bakı 7°C

Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

06.03.21 12:15 878
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Martın 4-də Azərbaycan və Çexiyanın turizm sənayesini təmsil edən 40 şirkət arasında B2B (Biznesdən-biznesə) formatında 150 onlayn görüş keçirilib.
Görüş Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları” (AZAL), Azərbaycanın Çex Respublikasındakı Səfirliyi, Çex Respublikasının Azərbaycandakı Səfirliyi, Çex Respublikasının ticarət ofisinin Bakıdakı nümayəndəliyi, Çexiyanın Regional İnkişaf Nazirliyinin təmsilçilərinin və iki ölkənin biznes və ictimai təşkilat nümayəndələrinin iştirakı ilə təşkil edilib.
Onlayn tədbir müddətində iki ölkə arasında turizm və qonaqpərvərlik əlaqələrinin təbliğatı, eləcə də bu sahədə ölkələrarası əməkdaşlığın təşviqi müzakirə edilib.
İştirakçılara Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələr, turizm sektorunda hazırkı vəziyyət, turizm məhsulları, cari layihələr və görüləcək işlər haqda məlumat verilib.
Hər iki ölkə nümayəndələri qarşılıqlı və aktiv tərəfdaşlıq üçün yeni əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd ediblər.
banner

Oxşar Xəbərlər