AZE | RUS | ENG |

"Azərbaycan və Ermənistanda avrointeqrasiya istəyi yoxdur"

Gürcü ekspert: "Azərbaycanın Avropa İttifaqına qoşulması tezdir”
 
"Azərbaycanın Avropa İttifaqına qoşulması tezdir”.
 
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Avropa Tədqiqatları üzrə direktoru Kaxa Qoqolaşvili Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda "Şərq tərəfdaşlığı”nın gələcəyi mövzusunda sessiyada çıxışında deyib.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistanda çoxluq Avropaya inteqrasiyanı dəstəkləmir: "Gürcüstan, Moldova və Ukrayna bu istiqamətdə daha çox fəallıq göstərir. Amma bu ölkələrdə belə avrointeqrasiya hələ tam dəstəklənmir. Gürcüstanda əhalinin 70%-i Avropa İttifaqına üzvlüyü dəstəkləyir. Regionda dəyişikliklər sürətlə gedir. Bəlkə bir gün Azərbaycan da Avropa İttifaqına üzv olacaq”.

Sonra çıxış edən Slovakiya Respublikasının Gürcüstandakı səfiri Rudolf Miçalka da Azərbaycan və Ermənistanda avrointeqrasiya ilə bağlı böyük istəyin olmadığını deyib: ""Şərq tərəfdaşlığı” ölkələrinin yalnız yarısı Avropa İttifaqı ilə münasibətlərdə daha fəaldır”.

Rusiyanın Cənubi Qafqazda roluna toxunan diplomat onun regiona təsirini təhlükəli adlandırıb: "Rusiya geosiyasi maraqlarına görə bölgəni idarə etmək istəyir. Gürcüstanın Avropa İttifaqına üzvlüyü Rusiya üçün böyük itki olacaq. Rusiya üçün ideoloji baxımdan əsas təhlükə Avropa İttifaqıdır”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000