• çərşənbə, 17 Aprel, 02:39
  • Baku Bakı 14°C

Azərbaycan və Ermənistan prezidentləri Nyu-Yorkda görüşə bilər

12.09.16 00:49 1049
Azərbaycan və Ermənistan prezidentləri Nyu-Yorkda görüşə bilər
Azərbaycan vəErmənistanprezidentləriİlham Əliyevvə Serj Sarqsyan Nyu-Yorkda görüşə bilər.ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik buna ümid etdiyini bildirib.
Həmsədr iki ölkə prezidenti arasında yeni görüşün təşkil edilməsi ilə bağlı hər hansı bir planın olmasına dair sualı belə cavablandırıb:
"Planlar var, ancaq heç bir konkretlik yoxdur. Biz prezidentlərin yeni görüşünün keçirilməsini istəyirik, lakin hələ nə vaxtla bağlı, nə də bunun harada keçirilməsi ilə bağlı açıq-aşkar bir fikir yoxdur. Biz həmsədrlər olaraq növbəti sammitin təməlini qoymaq üçün xarici işlər nazirləri ilə görüşəcəyik. Hər iki naziriBMTBaş Assambleyasının sessiyası zamanı növbəti addımları müzakirə etmək üçün iki həftədən sonra Nyu-Yorkda görəcəyimizə ümid edirik. Ümid etmək istərdim ki, orada iki prezidentin də görüşü baş tutacaq”.
banner

Oxşar Xəbərlər