• şənbə, 20 Aprel, 13:24
  • Baku Bakı 23°C

“Azərbaycan və Ermənistan arasında konstruktiv keçən istənilən görüşü alqışlayırıq”

27.07.18 12:49 438
“Azərbaycan və Ermənistan arasında konstruktiv keçən istənilən görüşü alqışlayırıq”
"Biz Azərbaycan və Ermənistan arasında baş tutan və konstruktiv keçən istənilən görüşü alqışlayırıq”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M. Zaxarova Rusiyanın münaqişə ilə bağlı vasitəçi ölkə olduğunu xatırladaraq XİN-də keçirilən məsləhətləşmələrdə bu məsələyə də toxunulduğunu vurğulayıb: "Rusiya bu məsələni yaxşı anlayır. Müxtəlif səviyyədə görüşlər keçirilir. Biz müsbət nəticə verən görüşləri dəstəkləyirik”.
Qeyd edək ki, Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında xarici siyasət sahəsində informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə AzərbaycanXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova iştirak edib.
banner

Oxşar Xəbərlər