• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

"Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir"

23.06.18 11:21 619
"Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir"
"Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir".
Bunu APA-ya Əfqanıstanın xarici işlər nazirinin müavini Nəsir Əhməd Andişa deyib.Azərbaycanın Əfqanıstanın çox mühüm tərəfdaşı olduğunu deyən N. Andişa ötən il keçirilən"Asiyanın Qəlbi" konfransının əhəmiyyətinə də toxunub.
O bildiribki, hər ay Əfqanıstandan bir ya iki yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gəlir: "İqtisadi dəhlizlərlə bağlıəməkdaşlıq məsələləri müzakirə edilirki, bu dəhlizlər Əfqanıstandan başlayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistandan keçir. Bunlar da ticarət əməkdaşlığı baxımındanalternativ marşrutdur. Texnologiya sahəsində Azərbaycanla mövcud olan əməkdaşlığımızın vəziyyəti ilə tanış olmaq üçün burdakı şirkətlərdən birinə baş çəkəcəyəm".
"Asan" Xidmətin əhəmiyyətini vurğulayan Nazir müavini əlavə edib ki, Əfqanıstanın paytaxt şəhəri Kabulda Azərbaycan səfirliyinin binası açılmalıdır: " Hazırda Azərbaycan hökumətinin bunu gerçəkləşdirəcəyini gözləyirik. Ondan sonra əlaqələrimiz daha da genişlənəcək".
Qeyd edək ki, Əfqanıstan XİN nazir müavini 2018 CAMCA Regional forumunda iştirak etmək üçün Azərbaycanda səfərdədir.
banner

Oxşar Xəbərlər