• cümə, 29 Mart, 15:45
  • Baku Bakı 14°C

Azərbaycan və Dağıstan turizm sahəsində əməkdaşlığı genişləndirəcəklər

10.04.17 12:50 1140
Azərbaycan və Dağıstan turizm sahəsində əməkdaşlığı genişləndirəcəklər
Azərbaycan və Dağıstan arasında turizm sahəsində əməkdaşlıq perspektivləri Azərbaycan Respublikası Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın görüşündə müzakirə edilib.
Görüşdə iki qurumun xətti ilə qonşu regionların turizm potensialının inkişaf etdirilməsi, turizm sahəsinə sərmayələrin cəlbi, həmçinin beynəlxalq turizmin inkişafı üçün şəraitin genişləndirilməsi məsələləri də müzakirə olunub.
Tərəflər birgə yeni quru və dəniz turizm marşrutlarının yaradılmasını müzakirə ediblər.
Xatı2rladaq ki, "Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 Fevral 2017-ci il tarixdə Mədəniyyət və Turizm Na2zirliyi yanında "Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.
banner

Oxşar Xəbərlər