• çərşənbə axşamı, 16 aprel, 16:10
  • Baku Bakı 19°C

"Azərbaycan və Albaniya arasında yaxşı münasibətlər var"

16.03.18 12:10 564
"Azərbaycan və Albaniya arasında yaxşı münasibətlər var"
"Azərbaycan və Albaniya arasında yaxşı, hətta əla münasibətlərin olduğunu düşünürəm".
Bunu APA-ya Albaniyanın sabiq prezidenti Sali Berişa deyib.
Əlaqələrin getdikcə gücləndiyini deyən S. Berişa bildirib ki, iki ölkə xalqları arasında çox oxşarlıq var: "Azərbaycan və Albaniya arasında çox mühüm layihələr həyata keçirilir. Bunlardan biri də TAP layihəsidir ki, bu, həm Azərbaycan-Albaniya hökumətləri, həm regiondakı digər ölkələr arasında gerçəkləşdirilən layihədir. Azərbaycan investorları gələcəkdə Albaniyada investisiya qoymaqda maraqlıdır. İqtisadi əməkdaşlıq, eləcə də mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün çox böyük imkanlar var".
Sabiq prezident bildirib ki,Dağlıq QarabağAzərbaycanın böyük problemidir: "Bilirəm ki, ölkə ərazisinin böyük hissəsi işğal edilib. Bu məsələdə prezidentİlham Əliyevin mövqeyini dəstəkləyirəm. Azərbaycan hökuməti tərəfindən münaqişənin sülh yolu ilə həlli istiqamətində böyük cəhdlər göstərilir. Bu, çox yaxşı addımdır".
banner

Oxşar Xəbərlər