• cümə, 29 Mart, 12:41
  • Baku Bakı 14°C

Azərbaycan və Aİ ölkələri arasında əmtəə dövriyyəsi ildən-ilə artır

05.06.18 13:45 632
Azərbaycan və Aİ ölkələri arasında əmtəə dövriyyəsi ildən-ilə artır
Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında əmtəə dövriyyəsi ildən-ilə artmağa davam edir.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Bakıda keçirilən IV Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib.
S.Mehdiyev bildirib ki, cari ildə Azərbaycanla Aİ ölkələri arasında həm ixrac, həm də idxal əməliyyatlarında artım müşahidə olunur:"2018-ci ilin ötən 5 ayında Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 5 milyard dolları ötüb. Bununla yanaşı, Aİ-yə ixrac ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5 faiz artaraq 3,7 milyard dollar, idxal isə 41 faiz artaraq 936 milyon dollar təşkil edib".
banner

Oxşar Xəbərlər