Azərbaycan və Aİ biznes mühitinə dair sənədin nəticələrini müzakirə edir
Avropa İttifaqı (Aİ) ilə "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin nəticələri müzakirə olunur.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, sənəd biznesin böyük ruh yüksəkliyini, gözləntilərini və qiymətləndirmələrini əks etdirir. O, beynəlxalq təşkilata mükəmməl iş üçün təşəkkürünü bildirib.