• cümə, 29 Mart, 01:43
  • Baku Bakı 7°C

Azərbaycan vasitəsilə tranzit konteyner daşımaları artıb

16.05.20 10:51 567
Azərbaycan vasitəsilə tranzit konteyner daşımaları artıb
2020-ci ilin fevral-aprel aylarında "ADY Container” şirkətinin Mərkəzi Asiya və Azərbaycan vasitəsilə hər iki istiqamət üzrə tranzit konteyner daşımalarının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb.
Bu barədə Trend-ə "ADY Container” MMC-dən bildiriblər.
Hesabat dövründə 4 393 ədəd konteyner daşınıb. 2019-cu ilin fevral-aprel aylarında bu göstərici 3 987 ədədə bərabər olub.
Qeyd edək ki, pandemiyaya baxmayaraq "ADY Container” beynəlxalq (tranzit) yük daşımalarını davam etdirir.
2020-ci ilin birinci rübündə Azərbaycanın dəmir yolları ilə 11 321 konteyner daşıyıb.
Xatırladaq ki, "ADY Container” MMC "Şərq-Qərb”, "Şimal-Cənub” və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu beynəlxalq nəqliyyat dəhlizləri ilə yük daşımalarını artırmaq üçün Uzaq Şərq ölkələri – Çin, Yaponiya, Cənubi Koreya, eləcə də Ukrayna, Türkiyə, Rusiya, İran və Hindistan əməkdaşlığı genişləndirir.
banner

Oxşar Xəbərlər