• çərşənbə axşamı, 16 aprel, 13:40
  • Baku Bakı 19°C

Azərbaycan üzüm tumundan yağ istehsal edəcək

19.12.13 11:19 1499
Azərbaycan üzüm tumundan yağ istehsal edəcək
Yaxın perspektivdə Azərbaycanda üzümçülük sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində üzüm tullantılarından da istifadə olunması planlaşdırılır.
Bu məqsədlə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu üzüm tumlarından yağ istehsal olunmasına dair tədqiqat işləri aparmağı nəzərdə tutub. Bu barədə «APA-Economics»ə elmi müəssisənin direktoru Tariyel Pənahov məlumat verib.
«Hazırda dünyanın müxtəlif yerlərində üzümçülük sahəsində tədqiqat işləri aparılır. İnkişafın əsasında məhz elm durur. Maddi-texniki bazamızın möhkəmləndirilməsindən sonra geniş elmi işlərə başlayacağıq», - deyə T.Pənahov qeyd edib.
İnstitut direktoru əlavə edib ki, hazırda Azərbaycanda yeni dörd üzüm sortları rayonlaşdırılmaq məqsədi ilə Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib: «İlhami», «Kəpəz», «Bəhrəli», «Şamaxı hədiyyəsi» hibridləri təsdiq edildikdən sonra fermerlərə təklif olunacaq. Bununla yanaşı, 10 hibrid formasının seleksiyası və qiymətləndirilməsi artıq başa çatdırılıb».
Qeyd edək ki, ölkədə davamlı sort və hibridlərin yaradılması üzrə geniş tədqiqat işləri aparılır. Dövlət Komissiyasına təqdim edilən sortlardan əlavə, yeni «Azəri» süfrə, «Göygöl» texniki üzüm sortları artıq rayonlaşdırılıb. Bu sortlar Samux rayonu üzrə paylanılıb.
banner

Oxşar Xəbərlər