• cümə axşamı, 28 mart, 17:13
  • Baku Bakı 16°C

Azərbaycan üzgüçüsü Dünya Kubokunda qızıl və bürünc qazandı

03.10.18 21:38 739
Azərbaycan üzgüçüsü Dünya Kubokunda qızıl və bürünc qazandı
Azərbaycan üzgüçüsü Maksim Şemberev Hollandiyanın Eindhoven şəhərində Dünya Kuboku mərhələsində bir qızıl və bir bürünc medal qazanıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.
M.Şemberev 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda qızıl, 400 metr məsafəyə kompleks yarışında isə bürünc medal qazanıb.
F.Bənənyarlı qeyd edib ki, hazırda 400 metr məsafəyə üzmə yarışlarında M.Şemberev dünya reytinqində 10-cu, Avropa reytinqində isə 3-cü yerdədir.
banner

Oxşar Xəbərlər