• cümə axşamı, 25 aprel, 12:12
  • Baku Bakı 23°C

Azərbaycan Uşaqlarının III Forumu keçirilir

17.11.14 10:58 901
Azərbaycan Uşaqlarının III Forumu keçirilir
Bu gün Bakıda Azərbaycan Uşaqlarının III Forumu öz işinə başlayıb.
APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 2009-cu ildə Azərbaycan Uşaqlarının I və 2011-ci ildə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunu keçirib.
Qeyd edək ki, sözügedən forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı ilə keçirilir.
banner

Oxşar Xəbərlər