• cümə, 19 Aprel, 04:03
  • Baku Bakı 18°C

Azərbaycan universitetlərində yeni magistr proqramı yaradılacaq

17.12.16 20:01 1015
Azərbaycan universitetlərində yeni magistr proqramı yaradılacaq
Azərbaycan universitetlərində yeni magistr proqramı yaradılacaq.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
Strateji Yol Xəritəsində qeyd edilib ki, Azərbaycanda ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili məktəblərində turizm və otelçiliklə bağlı ixtisaslar üzrə praktik səriştələrin aşılanması üçün mövcud olan maddi-texniki baza beynəlxalq standartlara uyğun deyil və tələbələrə daha çox nəzəri biliklər tədris olunur. Bu sektor üzrə yüksəksəviyyəli idarəçilərin yetişdirilməsini nəzərdə tutan turizm sektorunda biznesin idarə edilməsi üzrə magistr proqramı da (turizm sektoru üzrə MBA proqramı) Azərbaycanda mövcud deyil. Təcrübəli işçilər daha yüksək əməkhaqqı imkanlarına görə Bakı şəhərindəişləməyə cəhd göstərir və bu da digər regionlarda turizm müəssisələrinin təcrübəlivə ixtisaslı kadrlarla təmin edilməsində çətinliklər yaradır. Bu baxımdanqonaqpərvərlik təlimi kurslarının ("hospitality training courses”) təsnifləşdirilməsinəvə xüsusilə regionlarda mövcud, yaxud da potensial işçilərin təliminə diqqətyetirilməsi vacibdir. Strateji Yol Xəritəsində bildirilib ki, ilk illərdə Azərbaycan Turizm və Menecment Universitetində, daha sonra isə seçilmiş universitetlərdə turizm üzrə MBA proqramının yaradılması məqsədiləMədəniyyət və Turizm Nazirliyiaidiyyəti dövlət qurumları ilə birgə iş aparacaq. Bu məqsədlə dünyanın turizm üzrə ən yaxşı MBA məktəbləri ilə tərəfdaşlıq əlaqələri qurulacaq.
banner

Oxşar Xəbərlər