AZE | RUS | ENG |


Azərbaycan-Ukrayna iqtisadi əlaqələri genişlənir

Azərbaycan-Ukrayna iqtisadi əlaqələri genişlənir
Prezident Poroşenko: Mehriban Əliyevanın yeni təyinatı Azərbaycanın inkişafına mühüm töhfə verəcək

Ukrayna Prezidenti Petro Poroşenko bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident Petro Poroşenko ilk növbədə Prezident İlham Əliyevə səmimi salamlarının, həmçinin onun adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olması münasibətilə Mehriban xanım Əliyevaya təbrikinin çatdırılmasını xahiş edib. Ukrayna Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərini vurğulayıb, bu mühüm təyinatın Azərbaycanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluğunu bildirən Prezident Poroşenko ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini və bu sahədə geniş imkanların olduğunu vurğulayıb.
Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edib və Prezident İlham Əliyevin salamlarını Ukrayna Prezidentinə çatdırıb.
Görüşdə ölkələrimizin BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyi, bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
Görüşdə Azərbaycan və Ukrayna arasında ticarət-iqtisadi sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub, Ukrayna Prezidenti Azərbaycan məhsullarının Ukraynaya ixracı üçün hər cür şərait yaradıldığını, Kiyevdə Azərbaycan Ticarət Evinin açılması təşəbbüsünü dəstəklədiyini bildirib və region ölkələri ilə ticarətin genişləndirilməsi baxımından Azərbaycanda Ukrayna Ticarət Evinin yaradılması barədə müvafiq qurumlara tapşırıq verib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022