AZE | RUS | ENG |


Azərbaycan üçün YENİ REKORD - 63 ölkəyə vizasız səfər mümkün oldu

Azərbaycan üçün YENİ REKORD - 63 ölkəyə vizasız səfər mümkün oldu
Azərbaycan vətəndaşları vizasız rejimdə 63 ölkəyə səfər edə bilər.

Trend-in məlumatına görə, bu barədə "Henley & Partners” şirkətinin hazırladığı "Pasportlar indeksi - 2018” reytinqində qeyd olunub.

Əvvəlki reytinqlə müqayisədə Azərbaycan iki pillə irəliləyərək 72-ci yerdə qərarlaşıb.

Azərbaycanın qonşu ölkələri arasında Rusiya 48-ci, Türkiyə 50-ci, Gürcüstan 53-cü yerdədir.

Son beş il ərzində reytinqdə birinci yeri Almaniya özündə saxlayır. Bu ölkənin pasportu ilə dünyanın 177 ölkəsinə vizasız səfər etmək mümkündür. İkinci yerdə Sinqapur qərarlaşıb. Sinqapur vətəndaşları 176 ölkəyə vizasız səfər edə bilər. Üçüncü yeri Böyük Britaniya, Danimarka, İtaliya, Norveç, Finlandiya, Fransa, İsveç, Yaponiya bölüşüb. Bu ölkələrin pasportu ilə 175 ölkəyə vizasız getmək olar.

Reytinqdə sonuncu yerdə 24 ölkəyə vizasız səfər etmək imkanı olan Əfqanıstan qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları 2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə vizasız rejimdə səfər edə bilirdilər. Ötən ilin reytinqində Azərbaycan 74-cü yerdə qərarlaşmışdı.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6760
GBP 1 İngilis funt sterlinqi 2.3852
TRY 1 Türk lirəsi 0.4514
KWD 1 Küveyt dinarı 5.6645
SEK 1 İsveç kronu 0.2127
EUR 1 Avro 2.0948
CHF 1 İsveçrə frankı 1.7804
USD 1 ABŞ dolları 1.7001