• cümə axşamı, 25 aprel, 02:36
  • Baku Bakı 19°C

Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir

25.04.18 12:50 825
Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir
Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir.
Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyədədir və bütün sahələrdə inkişaf edir:"Türkiyə və Azərbaycan bütün potensiallarını regionun inkişafına yönəldə biliblər”.
Bundan başqa, administrasiyadan deyilib ki, hər iki ölkəni təkcə tarixi köklər yox, həm də vacib iqtisadi və enerji layihələri birləşdirir:"Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləyir və eynilə Azərbaycanın dəstəyini hiss edir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.
banner

Oxşar Xəbərlər