• cümə, 29 Mart, 04:36
  • Baku Bakı 7°C

Azərbaycan Türkiyədən T-129 ATAK döyüş helikopterləri ala bilər

18.11.13 08:57 1412
Azərbaycan Türkiyədən T-129 ATAK döyüş helikopterləri ala bilər
Bu barədə APA-ya Türkiyədə helikopterin istehsalçısı olan TAİ şirkətindən məlumat verilib.
Şirkət yetkililərinin sözlərinə görə, Azərbaycan tərəfi Türkiyə Milli Müdafiə Nazirliyi vasitəsi ilə helikopterin qiymətlərini öyrənib: «İlkin olaraq bizdən 2 ədəd ATAK-ın qiyməti istənildi. Türkiyə Müdafiə Nazirliyi Azərbaycana ATAK-ın Türkiyə Silahlı Qüvvələrinə müəyyənləşdirilmiş qiymətini təqdim elədi».
APA-nın əldə etdiyi məlumata görə, Türkiyə tərəfi T-129 ATAK helikopterini 2014-cü ilin sentyabrında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində əyani nümayiş etdirmək niyyətindədir.
Qeyd edək ki, bir neçə gün əvvəl Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev TAİ-nin zavoduna gələrək burada ATAK helikopterləri ilə yaxından tanış olub.
banner

Oxşar Xəbərlər