• şənbə, 20 Aprel, 12:40
  • Baku Bakı 23°C

Azərbaycan Türkiyədən PUA-ları məhv edən silah alıb

13.03.17 17:05 1298
Azərbaycan Türkiyədən PUA-ları məhv edən silah alıb
Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah alıb.

APA-nın "haberler.com"-a istinadən verdiyi məlumata görə, Türkiyənin "Harp ARGE” şirkəti bu silahı ilk dəfə Azərbaycana ixrac edib.

Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan bu silah hazırda Türkiyədə polis və ordu tərəfindən terrorla mübarizədə aktiv istifadə edilir.

Türkiyə baş nazirin mühafizəçilərində də olan bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı ən təsirli silahdır.

Silah artıq Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib.
banner

Oxşar Xəbərlər