• cümə axşamı, 28 mart, 22:07
  • Baku Bakı 13°C

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Vanda görüşdü

14.03.14 14:49 1471
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Vanda görüşdü
Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin üçtərəfli görüşü keçirilib. APA-nın TRT-yə istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, ölkələr arasında mövcud olan sərhədlər dost və qardaşlıq sərhədləri olmalıdır: “Həm sərhəddə, həm könlümüzdə olan qapılarımız hər zaman bir-birimizə açıq olacaq”.
Sonra nazirlər qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdən sonar nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Elmar Məmmədyarov deyib ki, Azərbaycan Ermənistanla sülh naminə əməkdaşlığa hazırdır, amma bunun üçün Ermənistan işğal etdiyi torpaqlardan çəkilməlidir: “Bu həftə ATƏT-in Minsk Qrupun həmsədrləri ilə ayrı-ayrılıqda görüşmüşük. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, danışıqları yalnız danışıqlar xatirinə aparmaq düzgün deyil”.
Nazir bildirib ki, bu, təkcə Azərbaycan və Ermənistan deyil, region üçün də təhlükədir: “Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərində saxlayır və bu region üçün təhlükəlidir. Təmas xəttində insidentləri azaltmağa ehtiyac var. Biz çalışırıq ki danışıqları yerindən tərpədək”.
Jurnalistlərə açıqlamasında Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu deyib: “Bakı-Tiflis-Qars və Pakistan-İran-Türkiyə dəmir yolu layihələrinin həyata keçirilməsi ilə biz yeni bir İpək Yolunu - “Dəmir İpək Yolu”nu açmış olacağıq və Çini İran, Azərbaycan və Türkiyə ərazisi vasitəsilə Avropa ilə birləşdirəcəyik”.
O ümidvar olduğunu bildirib ki, bütün bu layihələrin icrası region xalqlarının rifahının yaxşılaşdırılması üçün önəmli olacaq. Ə.Davudoğlu həmçinin əlavə edib ki, planda Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu ilə birləşdirilməsi də var.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin növbəti - 4-cü görüşü İranda keçiriləcək. Bu barədə qərar nazirlərin üçtərəfli görüşünün yekununda qəbul edilib. Bu formatda birinci görüş İranın Urmiya, ikinci görüş isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.
banner

Oxşar Xəbərlər