• cümə axşamı, 28 mart, 20:07
  • Baku Bakı 13°C

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi keçirilir

12.09.19 15:00 509
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi keçirilir
Gürcüstanın polkovnik Besik Kutateladze adınaSakxhere Dağ Təlim Məktəbində dağ yay təlimi kursu keçirilir.
APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli hərbi əməkdaşlıq çərçivəsində keçirilən təlimdə 3 yerli və 13 əcnəbi hərbçi iştirak edir.
Dağ təliminin bir hissəsi olaraq hərbçilər Katz yaxınlığında müxtəlif praktik məşğələlər keçirirlər. Hərbçilərə təbii divara dırmanma, çaydan keçərkən maneələri dəf etmə, evakuasiya işi təşkil etməvə tibbi qaydalar öyrədilir.İştirakçılar kursu bitirdikdən sonra sertifikatlar və döş nişanları ilə təltif ediləcəklər.
Qeyd edək ki, təlim sentyabrın 16-da başa çatacaq.
banner

Oxşar Xəbərlər