AZE | RUS | ENG |

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilir

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilir
Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilir.

Trend-in məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi çox vacibdir. Bu, hər region üçün vacib əhəmiyyət kəsb edir, həm də bütün dünyaya bir mesajdır.

S.Seyidov qeyd edib ki, bu əlaqələr iqtisadi, mədəni və humanitar sahədə deyil, o cümlədən hərbi sahədə yüksək səviyyədə inkişaf edir: "Güclü orduya sahib Azərbaycan Türkiyənin və Gürcüstanın da dəstəyinə malikdir. Bu, Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir”.

Memorandum Milli Məclisin plenar iclasına tövsiyə edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000