AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hərbi təlimlər Quru Qoşunlarının iştirakı ilə davam edir - Video

Hərbi təlimlər Quru Qoşunlarının iştirakı ilə davam edir - Video

Təfsilat
11 Avqust 2020, 10:38 242
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.