• şənbə, 20 Aprel, 11:03
  • Baku Bakı 14°C

Azərbaycan - Türkiyə qardaşlığının əyani sübutu

17.09.18 09:22 514
Azərbaycan - Türkiyə qardaşlığının əyani sübutu
Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyinin təmtəraqlı şəkildə keçirilməsi olduqca əhəmiyyətlidir. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Millət vəkili bildirib ki, 15 sentyabr Azərbaycan tarixində müqəddəs səhifədir: "Bu, həm də Azərbaycan və Türkiyə qardaşlığının əyani sübutudur. Bu tarix bir daha onu sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənir. İki ölkə arasında qardaşlıq münasibətlərinin tarixi çox qədimdir. Azərbaycan da, Türkiyə də tarixən təqyiqlərə məruz qalıb. Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, 1918-ci ildə də Bakının köməyinə məhz Türkiyə çatdı".
T.Rzayevin sözlərinə görə, 15 sentyabr tarixi Azərbaycan üçün də, Türkiyə üçün də çox əhəmiyyətli tarixdir:"Bakıda böyük paradın keçirilməsi Azərbaycan-Türkiyə qardaşlığının əyani sübutudur. Biz bununla həm də bütün dünyaya bəyan edirik ki, bütün tədbirlərdə Azərbaycan Türkiyə ilə birlikdədir. Bütün dünyada Türkiyə və Azərbaycan prezidentləri eyni fikirlə, eyni mövqe ilə çıxış edirlər. Bu iki ölkəni birgə mənafelər birləşdirir. Azərbaycanla Türkiyənin qardaşlığı digər türkdilli dövlətlərə, millətlərə də örnək olmalıdır".
banner

Oxşar Xəbərlər