• çərşənbə axşamı, 19 mart, 15:03
  • Baku Bakı 8°C

Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

11.08.20 14:00 603
Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir
Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin daha da genişlənməsi, dərinləşməsi Azərbaycan siyasətinin əsas istiqamətlərindəndir:
"Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. 12 iyul tarixində Ermənistanın törətdiyi təxribat zamanı da biz qardaş Türkiyənin bu dəstəyinin şahidi olduq. Buna görə, mən həm öz adımdan, həm Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.
Azərbaycan hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyir və Türkiyənin yanındadır. Burada göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm".
Sonda Ceyhun Bayramov Mövlud Çavuşoğlunu Azərbaycana dəvət edib. Dəvəti qəbul edən Türkiyə XİN rəhbəri Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirib və tezliklə Azərbaycana səfər edəcəyini qeyd edib.
banner

Oxşar Xəbərlər