AZE | RUS | ENG |

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi Twitter səhifəsi yaradılıb

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi Twitter  səhifəsi yaradılıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən Komissiyanın ayrıca operativ informasiya resursu - AzeTurCommission (@AzeTurCom)  Twitter  səhifəsi yaradılıb.  Azərbaycanın 52 ölkə ilə mövcud Hökumətlərarası komissiyalarının  təcrübəsində bu bir yenilikdir. Bu rəsmi Twitter  hesabından Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən, iki qardaş ölkənin hərtərəfli əlaqələri ilə bağlı ən son məlumatlar, hadisələr, əlamətdar günlər haqqında məlumatlar paylaşılır. Məqsəd virtual aləmin müasir imkanlarından istifadə edərək, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi, Komissiyanın fəaliyyəti, əməkdaşlığımızın ən müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə hər iki ölkənin ictimaiyyətinə operativ məlumat çatdırmaqdır.
 Xatırladaq ki, 2 noyabr 1992-ci ildə Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi”nə uyğun olaraq Birgə Komissiyanın yaradılmasına qərar verilmişdir. 12 aprel 1996-cı ildə hər iki ölkənin prezidentlərinin sərəncamları ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın ilk iclası 26 fevral 1997-ci ildə Ankarada baş tutmuşdur.
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 mart 2019-cu il tarixli Sərəncamı ilə Komissiyanin yeni tərkibi təsdiqlənib və Azərbaycan tərəfdən Komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Türkiyə tərəfindən isə həmsədr vəzifəsini Vitse-prezident Fuad Oktay həyata keçirir. Məlumat üçün qeyd etmək lazımdır ki, bu vaxtadək Azərbaycan Respublikası ilə xarici ölkələr arasında Hökumətlərarası Birgə Komissiyalardan yalnız Gürcüstanla Birgə Komissiyaya Baş Nazir sədrlik edirdi. Türkiyədə yeni təsis olunmuş vəzifə olan Vitse-prezident isə regionda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Birgə Komissiyalara həmsədrlik edir.
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873