• çərşənbə, 08 May, 22:16
  • Baku Bakı 18°C

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir

02.08.20 16:00 783
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir
Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.
Trend-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.
Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.
Təlimlər davam edir.
banner

Oxşar Xəbərlər