• cümə axşamı, 25 aprel, 11:34
  • Baku Bakı 14°C

Azərbaycan turizmi təbliğ ediləcək

31.07.18 14:57 647
Azərbaycan turizmi təbliğ ediləcək
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi çərçivəsində "Yenimedia.info” saytı təkmilləşdirilib, domen və hostinqi yenilənib. Sayt üç dildə Azərbaycan turizmi, tarixi-mədəni, arxeoloji abidələri, mətbəxi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənəcək.
Qeyd edək ki, layihə çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, İsmayıllı rayonunda xarici internet mediada və sosial şəbəkələrdə, eləcə də bloqqerlik vasitəsilə Azərbaycan turizminin təbliği yollarına dair 4 təlim keçirilib. Bundan başqa, turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər