• çərşənbə, 24 Aprel, 15:06
  • Baku Bakı 27°C

Azərbaycan Trans-Xəzər Boru Kəmərini maliyyələşdirməyəcək

15.07.15 20:03 1834
Azərbaycan Trans-Xəzər Boru Kəmərini maliyyələşdirməyəcək
"Azərbaycan Trans-Xəzər Boru Kəmərinin maliyyələşdirilməsi barədə düşünmür".
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
Onun sözlərinə görə, Trans-Xəzər Boru Kəmərinin maliyyələşdirilməsi ilə bağlı bir sıra variantlar mövcuddur: "Bu kəməri Avropa İttifaqı, Türkmənistan, Rusiya, Almaniya hökumətləri, konsorsium və şirkətlər maliyyələşdirə bilər. Əsas məsələ alıcılarla satıcıların razılığa gəlməsindədir. Başqa sözlə, Avropadakı qaz alıcıları Türkmənistandakı qaz satıcıları ilə razılıq əldə etməlidirlər".
Bununla yanaşı, E. Nəsirov qeyd edib ki, Azərbaycan tərəfi "alqı-satqı prosesinə müdaxilə etmir, amma tranzitə razıdır".
banner

Oxşar Xəbərlər