• cümə, 29 Mart, 14:04
  • Baku Bakı 14°C

Azərbaycan Tərcümə Mərkəzinin Fransa nümayəndəliyi yaradılıb

28.10.18 17:21 898
Azərbaycan Tərcümə Mərkəzinin Fransa nümayəndəliyi yaradılıb
Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Tərcümə Mərkəzinin Fransada nümayəndəliyi yaradılıb.
AZƏRTACxəbər verir ki, bu barədə Kəpəz nəşriyyat evinin təsisçilərində biri, Strasburqda yaradılan nümayəndəliyin direktoru Nicat KazımovAZƏRTAC-a müsahibəsində məlumat verib. Qeyd edib ki, nümayəndəliyin yaradılmasından əvvəl də Kəpəz nəşriyyatı ilə Azərbaycan Tərcümə Mərkəzi əməkdaşlıq edirdi. Ancaq nümayəndəliyin yaradılması nəşriyyatın məsuliyyətini daha da artırır.
N.Kazımov deyib ki, nümayəndəlik Fransa və fransızdilli ölkələrdə ATM-in nəşrlərinin təqdimatını təşkil edəcək, məşhur fransız yazıçıları ilə sıx münasibət yaradaraq Azərbaycan ədəbiyyatının yaxından tanıdılmasına töhfə verəcək. "Son aylar Kəpəz nəşriyyatında Azərbaycan Ədəbiyyatı Antologiyası kitabı üzərində işlər gedir. Kitab XIX əsrdən müasir dövrümüzədək 27 azərbaycanlı yazıçının hekayələrindən ibarət olacaq. Kitabla bağlı daim Azərbaycan Tərcümə Mərkəzi ilə sıx əlaqə yaradır, fikir mübadiləsi aparılır”, - deyə N. Kazımov vurğulayıb.
banner

Oxşar Xəbərlər