• cümə, 29 Mart, 12:18
  • Baku Bakı 14°C

"Azərbaycan Teatr Ensiklopediyası”nın təqdimat mərasimi keçirilib

27.12.17 11:45 1181
"Azərbaycan Teatr Ensiklopediyası”nın təqdimat mərasimi keçirilib
Milli KitabxanadaMədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunmuş "Azərbaycan Teatr Ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziriƏbülfəs Qarayevensiklopediyanın yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Nazir bildirib ki, gələn il 145 yaşını qeyd edəcək Azərbaycan peşəkar teatrı zəngin inkişaf yolu keçib, təqdim edilən ensiklopediya fundamental bir tədqiqatın nəticəsidir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ensiklopediyanı Azərbaycan mədəniyyəti tarixində dəyərli bir əsər kimi qiymətləndirib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib ki, nəşr edilən ensiklopediya gələn il 145 yaşını qeyd edəcək Azərbaycan peşəkar teatrı üçünMədəniyyət və Turizm Nazirliyitərəfindən ən layiqli hədiyyədir.
Millət vəkiliNizami Cəfərovensiklopediyanı müstəqillik dövrünün prinsiplərinə uyğun bir əsər adlandırıb. Yaradıcı heyəti təbrik edən akademik kitabda teatr tarixinin bütün məqamlarına işıq salındığını və nəşrin gənc nəsil üçün dəyərli bir məlumat mənbəyi olduğunu söyləyib.
Xalq artisti Fərhad Bədəlbəyli, millət vəkiliAqil Abbas, teatrşünas professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə müəllifi təbrik edərək kitabın Azərbaycan teatr panoramını tamamlayan sanballı əsər kimi dəyərləndiriblər.
Müəllif İlham Rəhimli 3 cildlik kitabın ərsəyə gəlməsində göstərdiyi köməkliyə görəMədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Teatr Muzeyinə, paytaxt teatrlarının rəhbərlərinə təşəkkürünü bildirib. O qeyd edib ki, yeni nəşr "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən çap olunub.
Qeyd edək ki, müəllifi professor İlham Rəhimli olan "Azərbaycan Teatr Ensiklopediyası”nın layihə rəhbəri mədəniyyət və turizm naziriƏbülfəs Qarayev, layihə koordinatoru nazir müavini Ədalət Vəliyevdir. Rəyçilər professorlar Kamal Abdulla,Nizami Cəfərov, Azər Paşa Nemətov, Rafiq Sadıqovdur. Ensiklopediyanın reaksiya heyətinin üzvləri professorlar Timuçin Əfəndiyev, Fərəh Əliyeva, İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov və Aydın Talıbzadədir.
banner

Oxşar Xəbərlər