• çərşənbə axşamı, 23 aprel, 13:37
  • Baku Bakı 24°C

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Fotolar

20.01.18 09:00 2189
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Fotolar
XX əsrdə Azərbaycan xalqına qarşı zaman-zaman soyqırımı, deportasiya siyasəti həyata keçirilib. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə paytaxt Bakıda və rayonlarda törədilən hadisələri də bu siyasətin növbəti mərhələsi kimi qiymətləndirmək olar. Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün məhz həmin tarixdə silahsız vətəndaşlarımıza qarşı qətliam həyata keçirilib. 1990-cı il yanvarın19-dan20-nə keçən gecə, saat 23.30-daBakı şəhərinə keçmişSSRİ-nın qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.
Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib. Rəsmi məlumatlara görə, həmin vaxt fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək, hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın25-dəNeftçalada və yanvarın26-daLənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, 1990-cı ilin yanvar ayında Bakıda vəAzərbaycan rayonlarında ümumilikdə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub.Bununla, SSRİ Konstitusiyası,Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycanın suveren hüquqları tapdanıb. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkar aksiyaAzərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Lakin onların bu məqsədi həyata keçməyib. Əksinə, Azərbaycanın mərd oğul və qızları öz həyatları bahasına xalqımızın tarixində şərəf və qəhrəmanlıq səhifəsi yazıblar. Beləliklə də SSRİ adlı nəhəng imperiyanın süqutu daha da sürətlənib, xalqımızın milli azadlığı, müstəqilliyi üçün yol açılıb.

O müdhiş günlərdə ümummilli lider Heydər Əliyev Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verib. Ulu öndər Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib. Ümummilli lider H.Əliyev təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri, şəxsən SSRİ rəhbəri M.S.Qorbaçovu kəskin ittiham edib, qoşunların Bakıdan çıxarılmasının zəruriliyini vurğulayıb.

Ümummilli lideri H.Əliyevin 1990-cı il 21 yanvar tarixli bu bəyanatı faciəyə verilən ilk siyasi qiymət hesab olunur. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə gətirilən ulu öndər Heydər Əliyev 5 yanvar 1994-cü il tarixdə "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərman imzalayıb. Həmin Fərmanda deyilirdi:"Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

Fərmanda, Milli Məclisə, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilib. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə edib. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən indiyə qədər 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi” fəxri adı verilib, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Həmin fərmanla 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən, 20 Yanvar şəhidlərinin əmək pensiyası alan hər bir ailə üzvünə, aldığı pensiyadan başqa, əlavə ödəniş verilir. Bununla yanaşı, son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Müvafiq olaraq, 20 Yanvar şəhidlərinin ailələrinə, əlillərə də mənzillər verilir. Əlillərin sağlamlığının bərpası da daim diqqət mərkəzində saxlanılır.

Alpər TURAN

banner

Oxşar Xəbərlər