AZE | RUS | ENG |


Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 10 medal qazanıb

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 10 medal qazanıb
Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvondo üzrə ənənəvi "Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, G1 kateqoriyalı yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb. 45 kq çəki dərəcəsində mübarizə aparan gənc taekvondoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar.

Qadın taekvondoçumuz Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Xatırladaq ki, yarışın ilk günü böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) isə bürünc medala sahib olmuşdular.

Beləliklə, milli komandamız iki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünclə, ümumilikdə 10 medalla başa vurub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7078
GBP 1 İngilis funt sterlinqi 2.2145
TRY 1 Türk lirəsi 0.4821
KWD 1 Küveyt dinarı 5.6303
SEK 1 İsveç kronu 0.2066
EUR 1 Avro 1.9856
CHF 1 İsveçrə frankı 1.7979
USD 1 ABŞ dolları 1.7012